Ölkə

"Oğlum deyir ki, ana düz eləmədin" - Mətanət Əliverdiyeva - FOTO

30 Noyabr 2018 12:00
5 Şərh     Baxış: 5 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mətanət Əliverdiyeva qonağı oluğu "Hər şey daxil"də kinsiz insan olduğunu bildirib.

Milli.Az xəbər verir ki, xanım aparıcı Tolikin "Danışmadığın aparıcılar var?" sualına verdiyi səmimi cavabı ilə diqqət çəkib.

M.Əliverdiyeva səhvinə görə hətta uşaqdan belə üzr istəyəcək xarakterinin olduğunu qeyd edib:

"Yox. Ola bilər ki, bir az münasibətim yoxdur. O da çoxdan hansısa bir hərəkəti məndə qıcıq yarada bildiyi üçün ola bilər. Çox deyil! 

Mənim kinim, ümumiyyətlə, yoxdur. Mən elə bir insanam ki, balaca uşaqdan da üzr istəyirəm. Mən hətta balaca oğlumdan belə, nəyisə düz etməyəndə, o, mənə deyir ki, "Ay ana, sən düz eləmədin". Deyirəm "Düz eləmədimsə, bağışla. Üzr istəyirəm". Yəni mən belə insanam. Əgər səhvim varsa, üzr istəyirəm. Niyə də yox?!" 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.