Ölkə

Dünyanın sirri bu qutunun içindədir - Elnarədən ŞOK AÇIQLAMA - VİDEO

29 Noyabr 2018 11:56
7 Şərh     Baxış: 6 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllər öncə səs tellərini əməliyyat etdirərkən qorxunc nəticə ilə üzləşən Elnarə Abdullayeva "ŞOU ATV" proqramında onun ikinci dəfə möcüzəvi şəkildə səsinin özünə qayıtmasında xidməti olan şəxsdən danışıb.

Milli.Az xəbər verir ki, xanım sənətkar bacısının yoldaşı Elşənin yanına apardıqdan sonra, sağlamlığına qovuşmaqda xidməti olan Məmmədsəfa adlı yaşlı kişinin ona həmin vaxt verdiyi bağlamanı efirə gətirib.

Xanəndə sözügedən qutunu aparıcı Nanə Ağamalıyevaya təqdim edərək bunları deyib:

"Bir şey göstərəcəm. Onu ki o insan bunu mənə vermişdi. Mən çox pis vəziyyətdə olanda, bunu mənə o insan verdi. Bütün hər şeyin gözəlliyi də buradadır. Bütün həyatın da sirri buradadır, bütün dünyanın da sirri buradadır. Hər şey buradadır. Allahdan gizlin olmayan bir şey, bəndə kimdir ki, bəndənin nəyindən gizlədəsən?! Mən elə bir kişinin qızıyam ki, eşitdiyimi və gördüyümü də heç vaxt danışmaram".

Nanə verilişin sonunda bağlamanı açaraq "sirli qutu"nun içində nə olduğunu hər kəsə göstərib. Qutudan Məmmədsəfa adlı kişinin Elnarə Abdullayevaya verdiyi dua kitabı çıxıb.

Xanım sənətkar həmin şəxslə bağlı yekunda bu sözləri deyib:



"Bir neçə dəfə mənə bu kitablardan verib. Hər gedəndə görmüşəm ki, yanına gələnlərə "Övladım, get dualar oxu, Allahın kəlamlarını oxu. İnanın Allaha, şəfa tapacaqsınız. Narahat olmayın, bütün dərdlərin dərmanı burada var" deyir".

Qeyd edək ki, bakupress.az saytının hazırladığı reportajda sözügedən şəxsin cindarlıqla məşğul olduğu və özünü "ikinci Allah" adlandırdığı qeyd edilirdi.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın sirri bu qutunun içindədir - Elnarədən ŞOK AÇIQLAMA

Dünyanın sirri bu qutunun içindədir - Elnarədən ŞOK AÇIQLAMA - 1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.