Ölkə

Məşhur azərbaycanlı müğənnilər verilişə çıxmaqdan İMTİNA ETDİLƏR - VİDEO

27 Noyabr 2018 13:51
12 Şərh     Baxış: 14 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox məşhur xalq artistləri və əməkdar artistlər verilişlərdən gələn təkliflərdən imtina edirlər.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva "Şou ATV" proqramında məlumat verib.

Xanım aparıcı verilişinə dəvət üçün əlaqə saxladığı bir çox məşhur müğənnilərimizdən "yox" cavabı eşitdiyi zaman təəccübləndiyini də gizlətməyib. O, həmin məşhurlar arasında əməkdar artistlər Xumar Qədimova, Könül Kərimova, Ədalət Şükürov, kamança ustadı Habil Əliyevin müğənni oğlu Rəvan Habiloğlu, xalq artistləri Zülfiyyə Xanbabayeva, Natiq Şirinov və başqalarının adını çəkib.

Aparıcı bu siyahının daha böyük olduğunu bildirib.

Nanə hətta bu yaxınlarda efirində qonaq olan Natiq Şirinovu verilişinə dəvət etdiyi zaman xalq artistinin tərəddüd içində "Mən gəlib sənətimi göstərə biləcəmsə, gəlim" cavabını verdiyini xatırladıb:

"Dedim "Necə yəni, bəs ona görə dəvət etmişik də". 

Sonra Namiq Qaraçuxurlu verilişimdə qonaq olanda soruşdum ki, "Niyə efirlərdə az görünürsünüz?" Yenə eyni səbəb. Bu qədər efirlərdən uzaqlaşmaq, nə oldu, nə çaşqınlıq yaradır, nədir səbəb? Bizim gözəl sənətçi, sənətkarlar var ki, onları efirdə görmək istəyirik". 

Aparıcının daha geniş açıqlaması videoda:

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur azərbaycanlı müğənnilər telekanallardan İMTİNA ETDİLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.