Ölkə

Yol polisi sürücünü təqib edə bilərmi? - VİDEO - FOTO

26 Noyabr 2018 18:34
1 Şərh     Baxış: 2 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər vətəndaşlar, düşünür ki, yol polisi tabe olmayan sürücünü və ya onun avtomobilini təqib edə - qova bilməz. Bəziləri isə başqa bir fikirdədir. Düşünürlər ki, şəhərdə müşahidə kameraları varsa bu qovma, təqib nəyə lazım? Hər iki halda qanun öz sözünü deyir. Və bu qanunlarımızda öz təsbitini tapıb.

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu məsələ "Yol hərəkəti haqqında" qanunun 85-c maddəsində ətraflı şəkildə izah edilir.

Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Saxlama işarəsi fitlə, radioqəbuledici, sayrışan işıqlarla verilə bilər. Saxlama əmri verilirsə sürücü müzakirə etmədən tələbi yerinə yetirməlidir".
Yəni keç kim əbəs yerə təqib edilmir. Belə olan halda qaydaraları pozmaq, əmrə tabe olmamaq və digər inzibati cərimə tədbirləri həmin sürücü üçün ümumi cəza kimi kəsilir. Sadalanan hallara görə, 150 manatdan 400 manata kimi cərimə, sutkalıq həbs və sürücülük hüququndan məhrumedilmə kimi cəzalar nəzərdə tutulur.

Vaqif Əsədov - BBDYPİ-nin şöbə rəisi: "Bəzən sürücülər fikirləşir ki, qayda pozuntusu etmədim, yol polisi məni niyə saxlayır. Bu səbəbdən saxlamadan keçirlər. Amma bu onlarının özünün də hiss etmədən xətalar törətdiyinə işarədir".

Şəhərdəki kamera görüntüləri də bu kimi halların qarşısını almaqda məqbul vasitə sayılır. Amma həmin görüntü əsasında hansısa sürücünün ünvanından çağırılaq cərimələnməsində bəzi istisnalar var.

Polisdən o sürücü qaçır ki, sənədlərində şəxsi məlumatlarında hansısa səhv və ya problem var. Qaydaları bilən, sürücü mədəniyyəti formalaşan heç bir avtomobil sahibi bu hərəkətlərə yol vermir və verməz də. Amma qaçanı da qovarlar da.

Milli.Az 
 

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi sürücünü təqib edə bilərmi?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.