Ölkə

Su Polisi köməksiz balıqçıları ölümdən xilas edib - FOTO

24 Noyabr 2018 18:16
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları xilas ediblər.

Milli.Az bildirir ki, idarədən Trend-ə verilən məlumata görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadovun yeri su polisi tərəfindən operativ şəkildə müəyyən edilib və həyatları xilas olunub.

Su polisi mütəmadi olaraq bu cür halların qarşısını almaq üçün profilaktik və lazımi işləri gücləndirir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.