Ölkə

Daha bir oğru tutuldu: 3 min manatlıq qızıl-zinət əşyaları...

21 Noyabr 2018 16:22
0 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəs tutulub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 60 manat oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini İzzət Əhmədzadə saxlanılıb.

Onun cari il oktyabr ayının 4-dən noyabr ayının 20-dək olan müddətdə daha bir evdən 95 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.