Ölkə

"Mən Şvarsneqirəm, kiməm ki ..." - Direktoru döydüyü deyilən Rza - VİDEO - FOTO

21 Noyabr 2018 15:20
8 Şərh     Baxış: 6 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər mənim hərəkətim dövlətçiliyimizə xələl gətirirsə, cəzamı çəkməyə hazıram"

Milli.Az xəbər verir ki, bu sözləri aktyor Rza Rzayev "Yeni Müsavat"ın feysbuk səhifəsinin canlı yayımına qonaq olarkən deyib. 

R.Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

"Polislər hələ ifadəmi alırlar. Niyə həbs olunmalıyam? Xəstəxanada o elə-belə gedib yatıb. Artistlik edir. Gedin yoxlayın görün o nə zədə alıb. O, heç bir zədə almayıb, yalan danışır. Bizim peşəmiz artistlikdir, o adam həyatda artistdir. Orada elə güclü dava olmayıb ki, o, elə ağır zərbə alsın. Həm də onlar iki nəfər olublar. Nə oldu, mən Şvarsneqirəm, kiməm ki, iki nəfəri döydüm və ona çox ağır xəsarət yetirdim". 

Rza Rzayevin sağ qolunun əzildiyi diqqətdən qaçmayıb. 

Videonu izləmək üçün şəklə klikləyin:

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.