Ölkə

Qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadından XƏBƏR VAR

21 Noyabr 2018 10:08
0 Şərh     Baxış: 3 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına əsasən, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.