Ölkə

Pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları 2 dəfə artırılır

20 Noyabr 2018 17:45
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər.

Milli.Az xəbərverir ki, report bu barədə Vergi Məcəlləsinə dəyişiklik layihəsinə istinadən xəbər verir.

Təklif olunan dəyişikliyə əsasən pul vəsaitinin 1 000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1 000 manatdan çox olan hissəsinin 10%-i (hazırda 5%-), il ərzində belə hala təkrar yol verdikdə 1 000 manatdan çox olan hissəsinin 20%-i (hazırda 10%-i) miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinin 58.8-ci maddəsində qeyd olunur ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura , müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş qaydada müyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə odxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfoindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda maliyyə sanksiyası tətbiq edilir.

Məcəllədə deyilir ki, qanunla nəzərdə tutulmuş gəlir və xərclərin uçotu aprılmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.