Ölkə

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir - FOTO

20 Noyabr 2018 13:34
34 Şərh     Baxış: 22 546

Məni evdə xidmətçi kimi işlədirdilər. Anam saçımdan tutub sürüyürdü. Evin bütün işlərini mənə gördürürdülər. Bunu övlad olaraq etmək başqa, xidmətçi kimi alçaldılaraq etmək başqa. Bir stəkan çayın rəngi azacıq açıq olanda, çayı üstümə tullayırdı ki, get, təzəsini gətir.

Hər bir ailənin özünəməxsus tərbiyə qaydaları, adətləri, qəbul edib-etmədiyi nüanslar olur. Lakin ailədə övladlara qarşı biganə münasibət birmənalı olaraq həmin uşaqların taleyinə təsir edir. Bu gün haqqında danışacağımız 21 yaşlı L.A. (ad şərtidir) məhz valideynlərinin biganə münasibətindən qurtulmaq üçün bir çox səhvlərin qurbanı olub. 

Milli.Az oxu.az-a istinadən 21 yaşlı qızın acı taleyini təqdim edir:

"Xahiş edirəm məni anama verməyin, o məni öldürəcək"

Dayanmadan bu cümləni təkrar edirdi. Düşündüm ki, o, bu sözləri ani bir qorxunun təsiri altında deyir. Ağlamaqdan iki cümləni ard-arda qoşub deyə bilmirdi. Nəhayət, özünü toplayıb danışmağa başladı. L. A. deyir ki, bir anda bütün həyatı alt-üst olub:

"Doqquzuncu sinfi bitirdikdən sonra ailəm mənə düşmən kimi davranmağa başladı. Atam məni evləndirmək istəyirdi, mən isə sevmədiyim insanla evlənmək istəmirdim. Bir neçə dəfə evə gələn adamlara kobudluq etmişdim.

Bəlkə də, onun əvəzini çıxmaq üçün anam mənə zülm verirdi. Saçımdan tutub sürüyürdü. Bir işi gecikdirəndə ağac budağını qırıb, əllərim göyərənə qədər vururdu. Qonşunun qızları kursa, gəzməyə gedirdi. Mən isə heç yerə çıxa bilmirdim.

Dörd ay bundan qabaq qonşumuz evini təmir etdirirdi. Bir dəfə usta bizim qapını döyüb atamdan kömək istəmişdi. Məni də onda görmüşdü. Ondan çox xoşum gəlmişdi. Sonra bəhanələrlə bizə gəlib-gedirdi. Bir dəfə nömrəsini yazıb qoymuşdu stəkanın yanına. Məndə görüb, götürmüşdüm. Onunla danışmağa başladıq. Anam bunu bilənə qədər, hər şey yaxşı idi. Anam öyrəndikdən sonra atama dedi və məni öldürəcəkləri ilə hədələdilər".

L. A. danışdıqca onun dediklərinə dair suallarım yaranmağa başlayırdı. Bəlkə də, valideynlərinin laqeyd münasibətinin də rolu var, amma başına gələnlərin əksəriyyətinin öz səhvi olduğunu da başa düşürdü. O bildirir ki, qonşuluqda işləyən usta onunla evlənəcəyini deyib:

"İki aya yaxın telefonla danışırdıq. Hər şey yaxşı idi. Mənim ondan xoşum gəlirdi. O deyirdi ki, mənimlə ailə quracaq. Evimizdə xadimə kimi işləməkdən o qədər yorulmuşdum, sevinirdim ki, ailə qurub gedəcəm. Sonra anam mənim oğlanla danışdığımı bildi və telefonumu əlimdən aldı. Həmin gün gecəni səhərə kimi məni döydü, otaqdan çıxmağa qoymadı. Sabah evdən qaçıb bibimgilə getdim. Bir müddət onlarda qaldım. Bibimgilin ev telefonundan oğlanı yığıb danışırdım.

Ayın sonunda 110 manat telefon borcu gələndə bibim məni döyüb evdən qovdu. Atama da zəng elədi ki, qızın bizə borc yazdırıb, gəl ödə. Atam bibimgilə gələndə oğlana zəng edib yalvardım ki, məni aparsın. O da məni evinə dəvət etdi. Yemək yedik. Sonra içməyə nəsə gətirdi və bəyənəcəyimi dedi. Onu içəndən sonra özümdə olmamışam. Səhər oyananda birinci heç nə başa düşmədim. Amma başım özümə qayıdandan sonra gördüm ki, artıq gecdir".

"Mən evliyəm, səninlə evlənə bilmərəm"

Başına gələnləri danışdıqca üzündə qəribə bir ifadə yaranırdı. Bütün baş verənlərdən sonra sanki evlərində, özünün də dediyi kimi, "xadimə" işləməyə razıyam" deyərmişcəsinə ifadə vardı. Ağlamaqdan gözləri qan çanağına dönmüşdü. Deyir ki, oğlana çox yalvarsa da, heç bir faydası olmayıb:

"Mən onun 37 yaşı olduğunu bilmirdim. Evli olduğunu da deməmişdi. Məndən böyük olduğunu bilirdim, amma bu qədər yox. Elə bilirdim, o da məni sevir. Həmin gecənin səhəri mənə dedi ki, evlidir, ailəsi var və mənimlə evlənə bilməz. Sonra dedi ki, bu barədə heç kimə heç nə deməyim. Hər şey yaxşı olacaq. Gedəcək yerim qalmamışdı deyə ölüm qorxusu da olsa, qayıtdım bibimgilə. Atam gəldi, məni sürüyə-sürüyə apardı evimizə.

Telefon pulunu qorxumdan boynuma almırdım, amma sonda məcbur olub etiraf etdim. Anam gecə ilə suya dərman qatıb məni zəhərlədi. Sonra qorxdular, tez həkimə apardılar. Həkim mədəmi yudu, qayıtdıq evə. Başıma gələnləri heç kimə deyə bilmirdim. Anamgil məni bir yolla öldürməyə qərarlı idilər, bilirdim. Qorxudan evdən qaçdım".

Bir gün küçədə yatdığını deyən L.A.-nın sözlərinə görə, tanımadığı bir qız ona kömək edəcəyini bildirərək, evlərinə aparıb:

"Bir qız dedi ki, sənə kömək edəcəm. Onunla getdim. Bir gün evlərində qaldım, səhər oyananda məni polisə aparacaqlarını dedilər. Polisə getmək istəmirdim. Dedim, məni ora aparsanız özümü öldürəcəm. Dayılarıma, xalalarıma, bibilərimə zəng elədim. Kömək istədim. Heç biri yaxın durmadı. Bibim dedi ki, atan deyir, evə qayıtsa, bağışlayacam. Amma yalan deyir, məni namus üstündə öldürəcəklər. Mən belə olmasını istəməmişdim. Bibimgil harada qaldığımı soruşur, qorxumdan demirəm ki, atam gəlib tapacaq. Nə edəcəyimi, kimdən kömək istəyəcəyimi bilmirəm".

21 yaşlı L.A.-nın danışdıqları film kimi görünsə də, təəssüf ki, həqiqətdir. Bəlkə də, o da həyatın filmlərdən çox daha fərqli olduğunu bundan sonra başa düşəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

34 Şərh:

  • Anonim
    Papatya · 20 Noyabr 13:48343

    Kimi qinayim, usaga siddet gosterib,usaq yaşda ere vermeyə calisan ata ananimi? Ya qiza tamah salib yoldan cixaran aileli biqeyretemi? Evlenim qurtularam deyen ama qapisina normal elci gelene yox, ozunden nece yas boyuk birine qosulub evine geden qizin agilsizliginami? Harasindan tutsam da elim de qalir(((

    Cavab yaz
    • Anonim
      atonim · 21 Noyabr 10:2642

      Mence qizin ciddi psixoloji problemleri var... nece oldu ele butun nesil bundan imtina etdi. birinci exlaqi terbiyesi yerinde deyil ikinci de psixoloji durumu...

      Cavab yaz
    • Anonim
      Fira · 21 Noyabr 11:5801

      Allah ondan komek uman qiza daha da beter dag ceken o oglana lenet elesin. Amin. Nece alcaq insanlar var heyatda. belke de hec evli de deyil. yalandan qizi azdirmaq ucun ele deyib. İnsallah ozun komek umdugun en vacib aninda bu qiz kimi boyuk zerbe alarsan heyatdan. onda belke az da olsa o qiz yadina duser eclaf

      Cavab yaz
  • Anonim
    Tənqidçi · 20 Noyabr 13:531625

    Əxlaqın yerində olsaydı qızlığıvı əlindən verməzdin....ata-ananın sənə zülüm etdiyini (əyər sənə inansaq) dedin,bəs sən onlara nə dağ çəkdiyini niyə demirsən???? Düzdür bütün valideyinlər eyni deyil yəni fərqlidi,amma heç bir valideyin uşağın pis olmağını qəti olaraq istəməz...ALLAH heç bir valideyinə pis övlad nəsib etməsin...AMİN...övlad var valideyin onunla fəxr edir, amma elə övladlarda var ki,valideyini həmişə xəcalətli saxlayır...haqq hesab günü bizə halallıqı valideyin verməlidi...

    Cavab yaz
  • Anonim
    Ida · 20 Noyabr 14:00283

    En boyuk gunah qizina qarsi fasist kimi davranan anadadir.Ailede siddet goren insan-qiz ya oglan,ferq etmez,cixis yolu axtarmaq ucun hansi axmaqliq olsa edecek,teki onu basa dusmeyenlerden, ezab verenlerden uzaq olsun.Ay analar,ovladlariniza qenim kesilmeyin,onlar sizin bir parcanizdir.

    Cavab yaz
  • Anonim
    Oxucu · 20 Noyabr 14:28252

    Ana var övladının barmağı yaralansa ürəyi parçalanar, ana var balasının saçından tutub sürüyür. Qızların talelərini çox vaxt ata-anaları həll edir. "Taxtını mən qurdum, bəxtini Allah versin" demir, elə mən deyəni eləməlisən deyir. İnşaAllah hər kəs əməllərinə görə cavab versin bir gün.

    Cavab yaz
  • Anonim
    Gun · 20 Noyabr 14:36239

    Eslinde men danisilanlara inanmadim. Qiz butun gunahi anada gorub ozunde hecne gormur. Bu valideyinler bele qeddardisa ay qiz sene ne yaxsi telefon alib danismaga serait yaradirlar. O bir yana neter olduku stekanin altinda olan nomreni tekce sen gordun ve sen goturdun. Sen ne gezirdinki atanla yad kisinin yaninda olar sohbet edillerse? Demeli ozunun maragin variymis ozun agildan yunguluymussenki ata anada bele biyabir olmaqdansa seni goturub birine vermeyi meslehet gorurmus. Ovlad bedasil olanda valideyin hecne ede bilmir sadece utancinnan yere girir. Allah hec bir valideyine xeyirsiz ovlad vermesin. Amin.

    Cavab yaz
    • Anonim
      Ədalətli · 20 Noyabr 15:0971

      Amin

      Cavab yaz
    • Anonim
      ; · 21 Noyabr 04:0543

      ALLAH HECBIR OVLADINDA VALIDEYININI BELE VICDANSDIZ WEREFSIZ ETMESN

      Cavab yaz
    • Anonim
      MERYEM · 21 Noyabr 12:2812

      OVLAD NECE OVLADDIRSA VALIDEYN ONU YIGIB YIGISDIRA BILMIR. VALIDEYNDE GUNAH YOXDUR.ATA ANA NE ETSIN BELE NANKOR OVLADI .

      Cavab yaz
  • Anonim
    sara · 20 Noyabr 15:39158

    anan atan pis idise, ne yaxsi 2 ay telefonda oglannan danisa bildun? Bir muddet bibingilde qaldun yene danisdun. he yaxsi gorek, hami pis oldu bir sen yaxsisan.

    Cavab yaz
    • Anonim
      ; · 21 Noyabr 04:0644

      SENINKIMI DANISAN QADINCIGAZLARIN UZUNDEN QADINLAR INDI BELE EZIYYET CEKIR.BELE HADISELERIN SAYI COXALIR

      Cavab yaz
    • Anonim
      MERYEM · 21 Noyabr 12:2912

      SARA , RAZIYAM SIZINLE .

      Cavab yaz
  • Anonim
    Valideyn · 20 Noyabr 16:0887

    Dirnaqlarindan heç iş görənə oxşamir.

    Cavab yaz
    • Anonim
      ...... · 20 Noyabr 17:0075

      Vallahda.Maniküruna bax lakına bax.Keyf cəkənə cox oxşayır nəinki başıbəlalıya.

      Cavab yaz
    • Anonim
      sara · 20 Noyabr 22:0222

      ne yaxsi her seye fikir verirsen.

      Cavab yaz
  • Anonim
    Ruhi · 20 Noyabr 17:2676

    Qizin ozunde az yoxdu..meyilli imiw

    Cavab yaz
    • Anonim
      j · 21 Noyabr 04:0634

      yaxndan tanyrsan? hardan bilirsen

      Cavab yaz
  • Anonim
    Riko · 20 Noyabr 18:0096

    İndi düşündüyümü yazacam yenə top atəşinə tutulacam , usta guya içkiyə nəsə qatıbdı buda yuxuya gedib səhər durubdu.Elə dərmanlar adi adamlara satılmır. Nevripatoloq resepti olmadan elə dərmanlar satılmır.Ustanın ağlı yerindədiki düşünüb ev təmir edə bilir.Usta o cür dərmanı necə ala bilər???

    Cavab yaz
    • Anonim
      Əsranur · 20 Noyabr 20:3658

      İnandırıram siziki,bu qızı doğrudan da zəhərləmiş olsaydılar,o,valideynləri də polisə verərdi.

      Cavab yaz
  • Anonim
    Riko · 20 Noyabr 18:0883

    Məqaləni birdə diqqətlə oxudum ola bilsin şərəfsiz narkotik zad qatıbdı .

    Cavab yaz
  • Anonim
    maqa · 20 Noyabr 18:1662

    indi bunun ata ansindan qohum eqrebesinden musahibe alsan bawqa mahni oxuyacaqlar yani gunahin kimde oldugunu bir ozleri bilir birde Allahlari amma o biqeyret ustada gunah boyukdu

    Cavab yaz
    • Anonim
      V · 20 Noyabr 19:0970

      Indiki zemanede ana olmaq da cetindir, ovlad da.Esas gunah anadadir.Yoxla gorek qizin kiminle daniwir .Kimlere qowulur...

      Cavab yaz
  • Anonim
    Əsranur · 20 Noyabr 21:2389

    Sən zavallıdan çox,tərbiyəsizə oxşayırsan.Valideynlərin günahı bunu nəzarətsiz buraxmaqdır.Qorxan qız bu qəlıtləri eləməz.Allah heç kimə belə övladı verməsin.Bu usta bunun həyatındakı ilk kişi olsaydı,valideynlər onun başına oyun açardılar.Valideyn özü də hər şeyi gözəl bilir.Qorxaq qlz,oba qapı açmış bibinin mərtəmətindən sırtığcasına istifadə etməzdi.

    Cavab yaz
    • Anonim
      j · 21 Noyabr 04:0953

      qizin gunahi ancaq ancaq qadin cinsine aid olmasidi.qadinlar cox ez\iyyet cekir bizm olkede.yenede qadin gunahkar cixarilir.,en piside oduki onu gunahkar cixaranlar ele oz hemcinsleridi.birgun sizn yada yaxininizn basiniza gelecek inanin..

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 20 Noyabr 21:4257

    Normal insan birinci özündəki günahları sadalayar.Bu qız sadəcə adam axtarır günahlarını yükləməyə.Hər səhvində günahkar axtaran insan heç vaxt ağıllanmaz.Əgər elə bir həyat yaşayırdısa,qaçıb başqa bir həyat qurardı özünə.Zəhmət çəkər,işləyər,oxuyar,maariflənərdi.Fantaziyası güclüdür.

    Cavab yaz
    • Anonim
      j · 21 Noyabr 04:0952

      qizin gunahi ancaq ancaq qadin cinsine aid olmasidi.qadinlar cox ez\iyyet cekir bizm olkede.yenede qadin gunahkar cixarilir.,en piside oduki onu gunahkar cixaranlar ele oz hemcinsleridi.birgun sizn yada yaxininizn basiniza gelecek inanin..

      Cavab yaz
  • Anonim
    Muslim · 21 Noyabr 01:5920

    Qızın səhvləri danılmazdı tanımadığın kişinin evində nə işin var qurtulmaq üçün daha fərqli yollar axtarmaq olardı usta hesabını verəcək Allaha şəriət məhkəməsinə görə ona 100 şallaq düşür əgər doğrudanda valideynləri pis olubsa əsl günahkar onlardı Allahın əmanəti olan övlada zülm ediblər

    Cavab yaz
  • Anonim
    Musa · 21 Noyabr 05:5244

    belə qızlar çoxdur .restoranlarda barlarda daha çox rast gəlinir . sanki bəhanə axtarırlar .təhsil almaq gələcəyini fikirləşmək əvəzinə yüngül həyat tərzi keçirməyi daha üstün tuturlar. ustanı da yoldan çıxaran özüdür.vaxtında valideynlərinin sözünə baxmayanın sonu belədə olmalıdır.əyər sən düz əməlli qız olsaydın bibin gilə qaçıb 2 ay usta ilə danışmazdın

    Cavab yaz
  • Anonim
    as · 21 Noyabr 08:5904

    qiz yeqin yuxusunu danisir

    Cavab yaz
  • Anonim
    as · 21 Noyabr 09:0404

    tanimadiqin oqlanin yaninda qalirsan ,belesine bu da azdir

    Cavab yaz
  • Anonim
    aea · 21 Noyabr 10:3623

    Ən böyük səhv qızın özündədir... Tanımadığı bir şəxsin evinə gedir... Valideynlər isə övladlarına düzgün yanaşmadığına görə övlad özü də bilmədən pis yollara düşməyə məcbur olur...

    Cavab yaz
  • Anonim
    sebine · 21 Noyabr 11:2826

    hami qizi qinayir amma men o eclaf kiwini qinayiram bu qiz lap ele pozgundu her nedi bes senin vicdanin hardadi he bu qiz derdini sene daniwib icini sene tokub, ne olardi duz yol gostererdin he . eclaf 1 deyqelif kefin ucun qizi bedbext etdin Allah qizinin bacinin qabagina cixarsin oz emelini inwallah

    Cavab yaz
  • Anonim
    Аноним · 21 Noyabr 13:2932

    mənə elə gəlir bu uydurma bir hekayedir. Suad adlı yazıçını bir əsərini kopyasıdır..hır bir detalı

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.