Ölkə

Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib

20 Noyabr 2018 09:08
0 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, noyabrın 19-dan 20-ə keçən gecə rayonun Öyrət kənd sakini, 1961-ci il təvəllüdlü Gülxanım Ziyəddin qızı İsmayılova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan bildirilib ki, müayinə zamanı G.İsmayılovanın noyabrın 19-u axşam saatlarında iştirak etdiyi toy məclisində qidadan zəhərləndiyi məlum olub. G.İsmayılovaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Bundan əvvəl Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.