Ölkə

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

19 Noyabr 2018 17:12
0 Şərh     Baxış: 2 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir ailənin 3 üzvü evdə huşsuz vəziyyətdə aşkarlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlinski küçəsi ev 3-a, mənzil 48-də baş verib.

Həmin evdə yaşayan, Gəncə şəhər sakinləri, 1968-ci il təvəllüdlü Alıyeva Ruhəngiz Abduləli qızı, 1933-cü il təvəllüdlü Alıyeva Qəmər Novruz qızı və 2006-cı il təvəllüdlü Sülymanlı Sevinc Musa qızı evlərində huşsuz vəziyyətdə aşkarlanıblar.

Onlar dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Məlum olub ki, hər 3 şəxs dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.