Ölkə

"Milli Şura"nın qanunsuz yürüşü ilə bağlı saxlanılanların hamısı azadlığa buraxıldı - YENİLƏNİB

19 Noyabr 2018 13:11
Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:11

Özünü "Milli Şura" adlandıran qurumun qanunsuz yürüşü ilə bağlı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və daha 11 nəfərlə bağlı qərar verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Kərimli cərimələnərək iclas zalından azadlığa buraxılıb.

Digər saxlanılan şəxslər də cərimələnərək azadlığa çıxıblar.

----------
12:57

Özünü "Milli Şura" adlandıran qurumun qanunsuz yürüşü ilə bağlı həbs edilən şəxslərdən 4 nəfər cərimələnərək azadlığa buraxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən Ramid Nağıyev və Sərdar Qubadsoy 400 manat, Fatimə Mövlamova və Nurlan Ribli isə 500 manat məbləğində cərimələnib.

Onlar məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, özlərinin adlandırdıqları "Meydan hərəkatı"nın 30 illiyi ilə əlaqədar, əslində isə siyasi məqsədlərlə paytaxtın Parlament prospektinə toplaşmaqla Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayət olunan icazəsiz yürüş-mitinqin qarşısı alınıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə gətirilib. Onlardan 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb, AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.