Ölkə

Amaliya Pənahovanın yerinə qızı gətirildi

19 Noyabr 2018 12:22
3 Şərh     Baxış: 12 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum xalq artisti Amaliya Pənahovanın qızı gətirilib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə Teatrının direktor müavini olub.

Xəbəri  təsdiqləyən Bakı Bələdiyyə Teatrının Truppa müdiri Zemfira Babayeva bildirib ki, teatrda direktor vəzifəsini Aynur Muxtarova icra edir.

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.