Ölkə

Sumqayıtda məşhur Mağazalar Şəbəkəsinin əməkdaşı döyüldü

19 Noyabr 2018 13:36
0 Şərh     Baxış: 2 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Soliton" Mağazalar Şəbəkəsinin kredit şöbəsinin əməkdaşı hücuma məruz qalaraq döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Elçin oğlu Qarayevə qəfildən 5 nəfər hücum edərək onu döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Qarayev ətrafdakıların kömkəyi ilə xəstəxanaya çatdırılıb. 

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.