Ölkə

2019-cu ilin aprelində Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

19 Noyabr 2018 11:58
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransı Bakıda keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu barədə konfrans təşkilatçıları Azərbaycan prezidentinə müraciət edib: "Cənab prezident bu konfransın keçirilməsinə razılıq verib. 2019-cu il aprelin 16-18-də konfransın Bakıda keçirilməsi qərara alınıb. Artıq bununla bağlı təşkilat komitəsi də yaradılıb. Tədbirdə 120 dövlətdən 500-ə qədər nümayəndə olacaq. Tədbirdə bəzi ölkələrin başçıları da iştirak edəcək".

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olmaqla beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.