Ölkə

Əhali 10 ayda 43 milyard manatdan çox qazanıb

19 Noyabr 2018 13:27
3 Şərh     Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artıb.

Qeyd edək ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 milyard 272,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox vəsait qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.