Ölkə

Bu il 2 tondan artıq narkotik dövriyyədən çıxarılıb

19 Noyabr 2018 10:59
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 15 fərman, 54 sərəncam verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan parlamenti tərəfindən 36 qanun qəbul olunub. Nazirlər Kabineti 23 qərar, beş sərəncam qəbul edib.

Əli Həsənov qeyd edib ki, bu ilin 10 ayı ərzində 2 655 fakt üzrə 2 ton 86 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb ki, onlardan 1 ton 177 kiloqramı heroin təşkil edib: "Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxsləri müalicə etməklə, onların sağlam həyata qaytarılması istiqamətində sistemli fəaliyyət təmin edilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.