Ölkə

Bakıda 2 nəfərin öldüyü ərazidə yenidən qəza vəziyyəti: şlaqbaum avtobusun üstündə, qatarla cüzi məsafə... - VİDEO

19 Noyabr 2018 09:27
1 Şərh     Baxış: 3 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir ay əvvəl dəhşətli qəzanın baş verdiyi ərazidə yenə qəza vəziyyəti yaranıb.

Milli.Az xəbər verir ki, 160 nömrəli marşrut üzrə hərəkət edən avtobus dəmir yol keçidi qarşısında dayanıb və şlaqbaum da avtobusun üzərində olub.

Görüntülər sosial şəbəkədə etiraz doğurub.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlama yayıb:

"17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ 232 olan sərnişin avtobusunun Binə qəsəbəsində dəmir yol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində olması ilə bağlı video görüntü yayılıb. Əksər sosial şəbəkə iştirakçıları və videonu çəkən şəxslər avtobusun sürücüsü Mahmudov Nicat Bəhram oğlunun dəmir yol keçidində xəbərdarlıqlara məhəl qoymayaraq son anda dayandığını ehtimal edirlər. 

Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülüb və ciddi araşdırılıb. Müəyyən edilib ki, 17.11.2018 tarxində gündüz saatlarında 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və svetofor işləməyib (qırmızı işığı yanmayıb). Buna baxmayaraq sürücü qatarın gəldiyini bilərək avtobusu dayandırıb. Təqdim edilən video görüntüdən də aydın bilinir ki, slaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb.Yəni avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun banının üstündə olmazdı. Video görüntünü paylaşan və izləyən şəxslər diqqətlə baxsalar, özləri də əslində məsələnin necə olduğunu anlayacaqlar. 

Qeyd edilənləri nəzərə alaraq bir daha bütün sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, rastlaşdıqları və qeydə aldıqları hadisələri ictimailəşdirməzdən əvvəl Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinə müraciət etsinlər. Dəqiqləşdirilməyən və ətraflı araşdırma aparmadan məlumatların təqdim ediməsi yanlış ictimai rəyin formalaşmasına xidmət edir."

Xatırladaq ki, oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 2 nəfərin öldüyü ərazidə yenidən qəza vəziyyəti: şlaqbaum avtobusun üstündə, qatarla cüzi məsafə...

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.