Ölkə

Abel Məhərrəmovun general qardaşı işdən çıxarılıb? - Nazirlikdən CAVAB

17 Noyabr 2018 12:37
13 Şərh     Baxış: 14 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun general qardaşının da işdən çıxarılması xəbəri yayılıb.

Məlumatda qeyd olunub ki, A.Məhərəmovun qardaşı Rauf Məhərrəmov Ədliyyə Nazirliyi Kadrlar idarəsinin rəisi vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən qafqazinfo-ya verilən açıqlamada xəbər təkzib edilib: "Həmin məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və Rauf Məhərrəmov hazırda iş başındadır və öz vəzifəsini icra edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.