Ölkə

Hindistanlı hakim: "Milli Gimnastika Arenasında məhsuldar məşqlər üçün lazım olan şərait yaradılıb"

17 Noyabr 2018 12:08
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Dünya Kubokunun iştirakçılarının məhsuldar məşqləri üçün lazım olan şərait yaradılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə akrobatika gimnastikası üzrə hindistanlı hakim Sumit Mohan Raceşvari deyib.

Onun sözlərinə görə, Hindistan gimnastları Milli Gimnastika Arenasında yaxşı təcrübə əldə ediblər:

"Məşq üçün kifayət qədər vaxt ayrılıb. Bakıdakı gimnastika arenası möhtşəmdir. Burada məşqlər və beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Qeyd etmək istəyirəm ki, komandamıza burada hərtərəfli kömək göstərilir".

Hindistanlı hakim əlavə edib ki, məşqlərin keçirilməsinə baxmayaraq turnirdə kimin qalib olacağını demək hələ tezdir:

"Hələ ki, kimin güclü, kimin zəif olduğunu demək tezdir. Yalnız finalda biz ən yaxşını müəyyənləşdirəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.