Ölkə

“Qorxuları yoxdur, 100-nən gedirlər” - Bu yollar piyadaları ÖLÜMƏ APARIR - VİDEO - FOTO

16 Noyabr 2018 19:28
0 Şərh     Baxış: 2 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfələrlə ağır yol nəqliyyat hadisəsi baş verən Şamaxı Göylər paradçöl magistral yolu təhlükəli yollardan hesab edilir. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, sakinlərin iddialarına görə, yol nişanlarının olmasına baxmayaraq sürücülər avtomobilləri yüksək sürətlə idarə edirlər. 

Toğrul Salahov - sakin: "Mal-qaranı açanda sakinlər qorxa-qorxa açır. Maşınlar çox sürətli gedir. Kəndin girəcəyində yol hərəkəti nişanları qoyulub. Amma ona məhəl qoyan yoxdur".

54 km uzunluğunda olan və 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı, Göylər padarçöl avtomobil yolu Şamaxı-Yevlax magistralı ilə Bakı-Qazax yolunu birləşdirən əsas yollardan biridir. Magistral yol Şamaxının ən böyük kəndi olan Göylər kəndinin mərkəzindən keçir. Ərazidə iki piyada keçidi, ona yaxın yol hərəkəti qaydalarını izah edən lövhələrin quraşdırılmasına baxmayaraq əksər sürücülər avtomobillərini yüksək sürətlə idarə edir.

Rəhim Ziyəddin - sakin: "Kəndin o başında da, bu başında da əhali olan yerdə yol nişanı qoyulub, lakin buna məhəl qoymurlar. Burada radar və ya kamera qoyulsun".

Əsəd Musayev - sakin: "Bura Şamaxı-Bakı trasından geri qalmır. Hər gün bir hadisə baş verir. Keçən il bir kişinin 20 yaşında oğlunu maşın vurub öldürdü. Qorxuları yoxdur, 100-lə gedir maşınlar".

12 mindən çox əhalisi olan Göylər kəndində iki məktəb, bir uşaq bağçası fəaliyyət göstərir. Hər gün onlarla uşaq bu yoldan istifadə edir. Bu da təhlükənin miqyasının nə qədər  böyük olduğunu göstərir.

Firzad Əhmədov - sakin: "İnsan ölümü də olub, heyvan ölümü də. Hər gün qəzalar baş verir. Çox sağ olsunlar gözəl asvalt çəkiblər. Lakin bu yolda olan nişanlara heç bir sürücülər əhəmiyyət vermir".

Cəlal Nadirov - sakin: "Yol hamar olduğundan 120-130-la sürürlər. Hər gün bir hadisə baş verir. Səhər-səhər it keçirdi yoldan, bir "07" vurub keçdi. Yanımda uşaq da var idi, az qaldı uşağı da vursun".

Espertlərin fikrincə bu cür magistral yollarda qaydalara əməl etməyin srücülərə qarşı cəza tədbirləri ilə yanaşı maarifləndirici tədbirlərin görülməsinə də ehtiyac var.

Elməddin Muradlı - ekspert: "Boş radar qutuları qoymaq olar. Kameralar qurmaq olar və yaxud da maket polis maşını kimi vasitələr tətbiq etmək olar. Dünyanın əksər ölkələrində bu tətbiq olunur. Təbii ki, tez-tez yerini dəyişmək şərti ilə ki, sürücülər öyrəşməsinlər ".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.