Ölkə

Vüsal Hüseynov “Facebook”da əcnəbilərin ev problemindən yazdı

16 Noyabr 2018 18:48
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əcnəbilərə kirayə ev verilməsi və ya yaşama icazələrinin alınması ilə bağlı bir neçə məsələyə toxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşan V. Hüseynov əsas üç məqamı vurğulayıb:

"Əcnəbilərə yaşayış sahəsi verən şəxslər bəzən onların müvəqqəti qeydiyyata alınmasına razılıq verməyə tərəddüd edirlər. Nəzərə alınmalıdır ki, əcnəbilər həmin yaşayış sahəsinə müvafiq yaşama icazəsinin etibarlılıq müddətində qeydiyyata alınır, yaşama icazəsinin etibarlılıq müddəti bitdiyi andan və ya yaşayış sahəsi verən şəxsin müraciət əsasında onların qeydiyyatı da bitmiş olur. Yəni, əcnəbilərin həmin yaşayış sahələrinə həmişəlik qeydiyyatından söhbət getmir və belə qeydiyyat həmin yaşayış sahəsi üzərində heç bir xüsusi imtiyaz yaratmır.

DMX tərəfindən tələb edilən əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi deyildikdə, - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd başa düşülür. Yəni, qanunvericlikdə qeydiyyat üçün yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ("kupça") deyil, həmçinin yuxarıda göstərilən digər sənədlər də qəbul edilir. Kirayə müqaviləsinə gəldikdə isə kirayə müqaviləsində kirayəçi qismində müvəqqəti yaşama icazəsi almaq istəyən əcnəbi çıxış etməlidir. Kirayəçi başqa şəxs olduqda isə əcnəbinin qeydiyyatına yalnız o halda icazə verilir ki, kirayə müqaviləsində kirayəçiyə bu hüququn verildiyinə dair müddəa nəzərdə tutulmuş olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.