Ölkə

Dostu tərəfindən qətlə yetirilən gənc əməkdar artistin yaxın qohumu çıxdı - FOTO

16 Noyabr 2018 16:15
1 Şərh     Baxış: 9 058
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Səbuhi İbayev "5/5" proqramında qonaq olub.

Milli.Az xəbər verir ki, əməkdar artist verilişdə təxminən 3 ay öncə qətlə yetirilən gənc xanəndə Miryusif Mirizadənin doğma dayısı oğlu olduğunu bildirib.

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km. aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov da saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Təhməz Təkin
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.