Ölkə

“Yollarda qalmışıq” - “Lənətlənmiş” sürüşmə zonasının sakinləri - VİDEO - FOTO

16 Noyabr 2018 18:24
1 Şərh     Baxış: 1 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Badamdar 20-ci sahə ərazisinin sakinləri yolun açılmasını, eləcə də sürüşmə zonasının üst hissəsində olan evlərdə komunal xidmətlərin bərpasını istəyir. 

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mayaklarda və torpaq səthinə yerləşdirilən reperlərdə dəyişikliklər müşahidə olunmur.

Rafiq Həsənov - Geoloji Planlama Ekspedisiyasının Dəstə Rəisi: "Bu o demək deyil ki, sürüşmə, uçqun prossesi tam başa çatıb. Hal-hazırda ərazidə vəziyyət stabil-gərgin olaraq qalmaqdadır. İstənilən an aktivlik baş verə bilər. Atmosfer yağıntıları, küləyin təsiri və digər texnogen təsirlərdən aktivlik baş verə bilər".

Ərazinin üst hissəsində qazılan subartizan quyularında isə işlər başa çatdırılıb. Su çəkilərək kanalizasiyalara yönləndirilir. 

Sürüşmə zonasının böyük əksəriyyətində isə yaşayış var. Kommunal xidmətlərin verilişi isə bərpa edilməyib. Sakinlər elektrik enerjisini generatordan, suyu isə marketlərdən alırlar. 

Badamdar 20-ci sahə yolunun sol kənarında məskunlaşan sakinlər isə adıçəkilən yolun bağlı qalmasının onlara çətinliklər yaratdığını deyirlər.

Sakin: "Çoxdandır ki, yollar sürüşməyə görə bağlanıb. Qalmışıq yollarda. Gedib, gələ bilmirik. Marşurut işləmir".

Sakin: "Keçən ayın on üçündən piyada gedib, gəlirik".

Rafiq Həsənov isə sözügedən çətinliklərin aradan qaldırılması üçün ərazidə mühəndis işlərinin aparılacağını deyir:

"Ərazidə dəqiq mühəndisi geoloji  araşdırmalar aparılmalıdır. Bu araşdırma işlərindən sonra yekun söz deyilə bilər. Həm yolun açılması istiqamətində, həm də digər problemlərlə əlaqədar".

Marşrut avtobusları isə yalnız yolda hərəkətin bərpa olunacağı halda həmin istiqamət üzrə hərəkət edə biləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.