Ölkə

AZAL Moskva üzərində qeydə alınan insidenti şərh etdi - YENİLƏNİB

16 Noyabr 2018 16:34
2 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:21

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarəsinin uçuşuna heç bir təhlükə olmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ötən gün Moskva üzərində baş vermiş hadisəni şərh edərkən deyiblər.

Qeyd olunub ki, ötən gün "Domodedovo" hava limanından Penzaya uçan təyyarə Bakıdan "Vnukovo"ya hərəkət edən təyyarə ilə üz-üzə gəlib.

AZAL-ın təyyarəsi uçuş hündürlüyünü azaldarkən Penzaya hərəkət edən təyyarə hündürlüyünü artırmağa başlayıb. Lakin təyyarələr heç bir insident qeydə alınmadan təhlükəsiz şəkildə uçuşlarını davam etdirib.

-------

14:30

Moskva səmasına iki sərnişin təyyarəsi toqquşmadan son anda xilas ola biliblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. İnsindentin noyabrın 15-i gecə saatlarında baş verdiyi qeyd edilir.  

Belə ki, Moskvanın "Domodedova" aeroportundan Penzaya yola düşən layner az qala havada Bakıdan "Vnukova" hava limanına uçan təyyarə ilə toqquşacaqdı. Belə ki, təyyarələr bir-birilərinə ən yaxın məsafədən uçublar. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.