Ölkə

“Trend of the Year 2018” mükafatlandırma gecəsi olacaq

16 Noyabr 2018 16:02
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Trend of the Year 2018" -  "İlin Trendi" Mükafatı il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunacaq.

Milli.Az xəbər verir ki, il ərzində sosial şəbəkələrdə və media üzərindən müşahidələrə görə, ilin trendi hesab edilən namizədlər sorğuda iştirak edəcəklər. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. İncəsənət, biznes, şirkət, moda, dizayner, bloger, müğənni, aparıcı, media, jurnalist, fotoqraf, film, aktyor, şair, idmançi, stilist, makeup artist, model, dancer, musiqi, turizm, həkim, kosmetoloq, psixoloq və s. Son nəticə və mükafatın təqdim olunması səs vermə, yekun sorğular əsasında müəyyənləşəcək.

Qeyd edək ki, təqdimat mərasimi Caspian Events Group-un təşkilatçılığı ilə 17 dekabr, 19:00 tarixində Flame Towers - Park Cinema IMAX - da baş tutacaq. Layihənin informasiya dəstəyi isə Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az saytlarına məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.