Ölkə

Komitə sədri: ""Gənclər siyasəti haqqında" qanuna dəyişiklik ediləcək"

16 Noyabr 2018 13:14
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2002-ci ildə qəbul edilən "Gənclər siyasəti haqqında" qanun yeni dövrə uyğun olaraq dəyişdirilir və biz bu sənədi yenidən qəbul etmək istəyirik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Azərbaycan Gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, gənclər siyasəti ilə bağlı olan Gənclər və İdman Nazirliyi, Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu və gənclər təşkilatlarının tövsiyələri, rəyləri alınaraq "Gənclər siyasəti haqqında" qanuna bu yaxınlarda dəyişiklik ediləcək.

"Çalışacağıq ki, qanun layihəsi qısa müddətdə qüvvəyə minsin. Qanunda əsas mahiyyət Azərbaycanda gənclər siyasətinə dəstəkdir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və tərkib hissəsidir. Azərbaycan gəncləri bütün sferalarda təmsil olunur və aktivdirlər. Ona görə də gənclər dövlətimizin aparıcı qüvvəsinə çevrilib. Müstəqillik dövründən bu günə qədər gənclər uğurlu layihələrə imza atıblar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.