Ölkə

"Mən hələ təsəvvür edə bilmirəm ki, 200 manat məvacib olsun"

16 Noyabr 2018 14:18
19 Şərh     Baxış: 14 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən, mən təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib.

Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib: "Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvür edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu biabırçılıqdır".

Millət vəkili bu cür addımlardansa, zərərli, zəhərli içkilərlə bağlı addımların atılmasının vacibliyini dilə gətirib:

"Bu məsələdə addımlar atılmalıdır, içkilərin qiymətlərini, aksiz dərəcələrini artırmaq lazımdır, 40, 50 manat etmək gərəkdir ki, kimsə gecə gedib, onu ala bilməsin, zəhərlənməsin, pis vərdişlərə yiyələnməsin. Bəlkə, biz mafiyalardan qorxuruq? Qorxmamalıyıq!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.