Ölkə

Şəhər məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxslər təyin ediləcək

16 Noyabr 2018 12:32
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayon məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxs təyin etmək çətindir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

Onun sözlərinə görə, rayonlarda buna məsul şəxs ayırmaq problemdir: "Çünki elə rayon var ki, orda cəmi 1 hakim var, həmin hakimin də məhkəmə işləri çox olduğundan mətbuata açıqlama verməsi çətindir. Biz, əsasən bu prosesi Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə tətbiq etmək istəyirik. Biz istəyirik ki, hər məhkəmədə mətbuat üçün məsul 1 nəfər ayrılsın və onun əlaqə vasitələri Ali Məhkəmənin və digər məhkəmələrin saytında yerləşdirilsin. Bununla da jurnalistin məhkəmələrdən informasiya almaq şəraiti yaxşılaşdırılsın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.