Ölkə

Ali Məhkəmənin sədri: "Azərbaycanda ağır cinayətlərin sayı azalıb"

16 Noyabr 2018 12:17
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2000-ci ildən bu günə qədər Azərbaycanda mülki işlərin sayı 20 dəfə artıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycan məhkəmələri 22 min mülki işə baxıb: "2016-cı ildə isə 470 min mülki işə baxılıb. 2017-ci ildə müəyyən qanunlarda edilən dəyişikliklərə görə mülki işlərdə azalma var".

R.Rzayev bildirib ki, bu dövrdə cinayət işlərinin sayı azalıb: "İstər 2000-ci il olsun, 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur. Bu da böyük bir nailiyyətdir".

Ali Məhkəmənin sədri bildirib ki, Bakıda orta hesabla hər hakim ayda 130, rayonlarda isə hər hakim ayda 180-200 işə baxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.