Ölkə

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydaları dəyişdirilir

16 Noyabr 2018 13:24
1 Şərh     Baxış: 2 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məcburi dövlət sosial sığorta haqlarının hesablanması qaydaları dəyişdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.

"Sosial sığorta haqqında" qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə görə, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçiriləcək.

Qanuna, eyni zamanda sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə bağlı da əlavələr edilib.

Təklif olunan dəyişikliyə əsasən, 200 manatadək maaş alan şəxsin əməkhaqqısından cəmi 25 faiz sosial sığorta tutulacaq. Bu 25 faizin də 3 faizi sığortaolunanın gəlirlərindən, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 faizni sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. Qanuna, eyni zamanda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının aşağıdakı dərəcədə ödənilməsi təklif olunur:

- sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

- mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında;

- xüsusi notariuslar üzrə - minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında;

- müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla - hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında;

- Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək.

Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.