Ölkə

Abel Məhərrəmovun sərxoş çıxışı harda olub? - Hələ o video yayılmayıb

16 Noyabr 2018 11:46
0 Şərh     Baxış: 8 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. 

Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun "sərgüzəştləri" ölkədə ciddi rezonansa səbəb olub. Akademikin səfərboyu içkili olması, uçduğu təyyarədə belə şərab çəlləkləri daşıması şok effekt yaradıb.

Dünən günün sonunda həmin tədbirdən fotolar və videolar, hətta A.Məhərrəmovun çıxışı yayılıb.

Lakin həmin çıxışın videousunda rektor, necə deyərlər, ağlı başında biri kimi çıxış edir, içkili olduğu hiss olunmur və məntiqi fikirlər səsləndirir. Belə demək mümkünsə, bu çıxış, əslində, yazılanları təkzib edirdi.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya bu gün səhər səfərdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri müraciət edərək yayılan çıxışın konfransın əvvəlinə aid olduğunu və oteldə qeydə alındığını deyib. Onun sözlərinə görə, akademikin sərxoş halda çıxışı Madrid universitetlərinin biri Fransisko de Vitoriya Universitetində baş verib. Hətta burada Abel Məhərrəmov konfransın prezidiumuna daxil olan 5 nəfərdən biri olub. O, tribunaya çıxaraq, belə demək mümkünsə, rektor kimi taleyinin son çıxışına imza atıb.

Və həmin çıxışın fotolarını əldə etsək də, video görüntüləri, hələ ki, yayımlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.