Ölkə

BANM-da MBA təhsili üzrə magistr proqramı uğurla davam edir - FOTO

16 Noyabr 2018 12:06
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla davam edir. 

BANM-dən Milli.Az-a verilən məlumata görə, ümumilikdə 120-dən artıq krediti əhatə edən proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir.

Ali Məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan ekskluziv və innovativ proqram hazırlayıblar.

BANM-ın MBA proqramına İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, Kapital qoyuluşu və Maliyyə strategiyaları, Risklərin idarə olunması və siğortalama v s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir.

BANM-da MBA proqramını tədris edən müəllimlərdən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP şirkətiin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın KT Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Bioropean MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-ın beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə və digərlərinin adlarını çəkmək olar.

2018/2019-cu tədris ilinin ilk semestrində MBA tələbələri İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları və Menecerlər üçün mühasibat fənlərini keçirlər.

"Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır." - deyə Ali Məktəbin MBA tələbəsi, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.