Ölkə

Əcnəbilərlə ailə quran azərbaycanlı kişilər daha çox hansı ölkələrin qadınlarını seçir?

15 Noyabr 2018 17:46
0 Şərh     Baxış: 3 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 5 il ərzində əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar daha çox Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşı olan kişilərlə evləndiyi halda, əcnəbilərlə ailə quran azərbaycanlı kişilər əsasən Rusiya, Gürcüstan və Ukrayna vətəndaşı olan qadınlarla nikah bağlayıblar.

Milli.Az bildirir ki, Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında 2014-cü ildə 1635, 2015-ci ildə 1291, 2016-cı ildə 1148, 2017-ci ildə isə 1202 nikah bağlanılıb.

Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında 2014-cü ildə 1499, 2015-ci ildə 1281, 2016-cı ildə 1121, 2017-ci ildə 1158 nikah bağlanılıb.

Ərəb ölkələrinə gəldikdə isə, son illərdə az sayda olsa belə, ərəb ölkələrinin vətəndaşlarına ərə gedən azərbaycanlı qadınlar var.

Azərbaycan vətəndaşı olan qadınlarla ərəb ölkələrinin vətəndaşları olan kişilər arasında 2014-cü ildə 4, 2015-ci ildə 3, 2016-cı ildə 3, 2017-ci ildə isə 8 nikah bağlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.