Ölkə

Politoloq: “İslamofobiya qlobal savaşa gətirib çıxara bilər”

15 Noyabr 2018 18:14
5 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tofiq Abbasov: "Hazırda ən böyük təhlükə müsəlman ölkələrinin üzərindədir"

"Avropa öz gələcəyi üçün böyük təhdid doğuran islamofobiyadan əl çəkməlidir". Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Milli.Az xəbər verir ki, politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Avropada islamofobiya "qara piar" üzərində qurulub:

"Hələ orta əsrlərdən islamla bağlı bütün amillər, hərəkatlar Avropa elitası arasında qeyri-adekvat qəbul olunurdu. Onu olduğundan dəhşətli formada təsvir edirdilər və insanları qorxudurdular. Hazırda baş verənlər onun yeni mərhələsidir. Qərb təbliğat maşını elə vəziyyət formalaşdırıb ki, guya islam təşkilatları qərb mədəniyyətinə müharibə elan ediblər. Ancaq bu qurma prosesin arxasında məkrli niyyətlər və işğalçı imperiya siyasəti dayanır. Bu gün terrora qarşı mübarizə adı altında müstəqil dövlətlər dağıdılır. Ola bilsin ki, Yaxın Şərqdə yeni dövlətlər də bu aqibətlə üzləşsin. Bu hadisələr təsadüfən baş vermir və arxasında siyasi texnoloqlar durur. Hazırda ən böyük təhlükə müsəlman ölkələrinin üzərindədir. Bu heç bir yaxşı perspektiv vəd etmir. Çünki maddiyyat uğrunda gedən bu barışmaz müharibələr sivilizasiyalar arasındakı dialoqa da sirayət edir. Qərb dünyası və müsəlman aləmi arasında yaranan uçurum qlobal savaşa gətirib çıxara bilər".

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.