Ölkə

“Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

15 Noyabr 2018 16:09
4 Şərh     Baxış: 4 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Milli.Az bildirir ki, oxu.az-ın məlumatına görə, yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək:

"Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq".

Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində "Кусары онлайн" səhifəsi paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.