Ölkə

Zaqatalada qızı maşın vurub, vəziyyəti ağırdır

15 Noyabr 2018 14:02
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun YuxarıTala kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, Oruc Abdulməcid oğlu Şabanov edarə etdiyi "Naz-Lifan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada,Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub.

Yaralı qadın Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Xəstəxanada ona ağır kəllə-beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.