Ölkə

"1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil"

14 Noyabr 2018 12:52
0 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan cəmiyyətində asayişi təkcə Daxili İşlər Nazirliyi bərqərar etmir. Əgər biz insanların asudə yaşamasını istəyiriksə, mədəniyyətli olmalıyıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat qeyd edib: "Mədəniyyətə diqqət artırılmalı və büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır. Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir".

Deputat bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil: "Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.