Ölkə

Azərbaycanda yarımstansiyada partlayış: 1 nəfər ağır yaralanıb - YENİLƏNİB

14 Noyabr 2018 11:41
0 Şərh     Baxış: 2 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:41

Samuxda elektrik stansiyasında baş verən qəza nəticəsində bir nəfər ağır xəsarət alıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində Samux rayon sakini, 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Gəncə şəhər 2 saylı Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.

----------
11:07

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub.

Milli.Az report-a istinadən bildirir ki, partlayış zamanı xəsarət alanlar var. 

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.