Ölkə

Siqnalizasiya sistemi niyə işləməyib? - "Karvan"dakı yanğının təfərrüatı - YENİLƏNİB - FOTO

14 Noyabr 2018 13:21
11 Şərh     Baxış: 4 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:21

Səhər saatlarında mətbuatda Sumqayıt şəhərinin mərkəzində yerləşən "Karvan" Ticarət Mərkəzindəki yanğın barədə məlumat yayılıb.

Bu, artıq ticarət mərkəzində baş verən üçüncü yanğındır. İlk iki yanğın son illərdə ölkədə baş vermiş ən güclü yanğın kateqoriyasına aid edilə bilərdi.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) də rəsmi məlumat yayıb.

FHN-in məlumatına görə, Sumqayıt şəhərində "Karvan" Ticarət Mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ticarət mərkəzinin mühafizəçilərindən birinin oxu.az-a verdiyi məlumata görə, yanğın səhər saatlarında elektrik qovşağında, işıq söndürülərkən baş verib.

"Qısaqapanma baş verdi. Bir qədər sonra tüstü yayılmağa başladı. Maraqlıdır ki, yanğın əleyhinə siqnalizasiya sistemi işləmədi. Mağazalardan birində yanğın başladı, insanlar yanğını özləri söndürməyə başladılar. Yanğınsöndürənlər gələnə qədər biz yanğını öz gücümüzlə söndürmüşdük", - mühafizəçi bildirib.

Xatırladaq ki, 2013 və 2014-cü illərdə bu ticarət mərkəzində iki güclü yanğın hadisəsi baş verib. 

----------
10:52

Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzinin 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar 25 m² sahədə yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər xilas olunub, 60 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın saat 09:39-da yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.