Ölkə

Həkimlərin gözünü çıxarmaq istədikləri körpə Leyla dünya işığını görə biləcəkmi? - Ailə yardım istəyir - VİDEO - FOTO

13 Noyabr 2018 17:44
2 Şərh     Baxış: 2 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muxtarova Leyla Rəhman qızı 23 iyul 2017-cı ildə doğulub. O, muxtarovlar ailəsinin sonuncu - 3-cü övladıdır. Doğulandan bir müddət sonra Leylanın səhhətində ciddi problem olduğu üzə çıxıb. Belə ki, həkimlər 1 yaşlı Leylanın göz xərçəngindən əziyyət çəkdiyini müəyyən ediblər.

1 yaşlı Leylanın sağ gözü tam görmür və onu bərpa etmək bir daha mümkün olmayacaq, lakin sol gözünün müalicə olunaraq görməsi ehtimalı var.

Muxtarovlar ailəsi balaca Leylanın bu işıqlı dünyanı görməsi üçün getmədiyi qapı qalmayıb. Azərbaycan və Rusiyada bir sıra tibb müəssisələrində olublar. Həkimlər ailəyə deyiblər ki, Leylanın gözlərini çıxarmaq lazımdır. Atası uşağı elə əməliyyat otağındanca götürüb qaçıb. Ümid yerini İsrailin Hadassa Dövlət Universitetinin Hospitalında tapıblar. Hadassanın həkimləri Leylanın sol gözünü sağaldacağına söz veriblər.



Lakin ailə Leylanın yolunda demək olar ki, əlində olan hər şeyindən keçib, artıq satmağa da heç nə qalmayıb. Ona görə də Leylanın ailəsinin müalicənin davamı və körpəsinin ömürlük kor olmaması üçün müalicəsinə lazım olan maddi vəsaiti tapmağa ümidi Allaha və xeyirxah insanlaradır:

Videonu izləmək üçün şəklə klikləyin:
Həkimlərin gözünü çıxarmaq istədikləri körpə Leyla dünya işığını görə biləcəkmi? - Ailə yardım istəyir

Atası Rəhman: "Biz istəyirik Leylanın sol gözünü müalicə ilə xilas edək. Mən analardan, bacılardan, qardaşlardan xahiş edirəm, Leylanın müalicəsini davam etdirmək üçün Allah yolunda bizə kömək, dəstək olsunlar. Leyla bundan sonra 3 dəfə kimya terapiyası qəbul etməlidir. Bizə kömək olun".

Anası Qönçə: "Məndə bir ana kimi bütün Azərbaycan xalqından xahiş edirəm, balamın heç olmasa bir gözünü qurtarmağa kömək olun. Kimin gücü nəyə çatırsa kömək olsun".

Bacısı Fidan: "Əziz insanlar, kömək edin ki, Leyla sağalsın və həmişə bizimlə olsun".

Qardaşı Fərman: "Xeyirsah insanlar, kömək edin ki, bacım sağalsın və bizimlə oynasın".

Qeyd edək ki, ailənin heç bank hesabı da yoxdur. Ona görə də onlara maddi yardım etmək istəyənlər ya 0506328363 nömrəli telefonla əlaqə saxlayaraq, ya da vəsaiti Leylanın müalicə aldığı hospital tərəfindən İsrail banklarının birində onun adına açılan hesaba köçürə bilərlər.

Hadassah Medical Organization
SWIFT Code: POALILITXXX
Bank Hapoalim #436, Jerusalem Israel
IBAN Code: IL41012436000000002500

Account Number: 25000
 

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.