Ölkə

Ölkəyə çox sayda mobil telefon keçirilməsinin qarşısı alındı

10 Noyabr 2018 16:44
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qırmızı Körpü" gömrük postunda gömrük nəzarətindən gizlədilən çox sayda mobil telefon və aksesuar aşkar edilib.

Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Vaz 21120" markalı nəqliyyat vasitəsilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin arxa buferinin içərisindən 1 ədəd "X-İnnova T210", 38 ədəd "Etel E3", 10 ədəd "Rivco X10", 6 ədəd "Kigtel A310" markalı mobil telefonlar və 53 ədəd yükləyici aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.