Ölkə

Hacıyevanın məhkəmə ifadəsi üzə çıxdı - “Ərimin işləridir...”

10 Noyabr 2018 13:44
1 Şərh     Baxış: 4 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son 10 ildə Londonun məşhur univermağı "Harrods"da 35.85 milyon manat xərclədiyi üçün Böyük Britaniyada mühakimə edilən Zamirə Hacıyevanın Ali Məhkəməyə verdiyi ifadəsi üzə çıxıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs edilən, iki gün sora ev dustaqlığına buraxılan Zamirə Hacıyeva məhkəməyə şahid qismində verdiyi ifadəsində bunları deyib: 

"Ərim 2009-cu ildə əhəmiyyətli şəxslərdən biri idi. 1997-ci ildə evləndiyimizdə çox yaxşı işlər görmüşdü və 1990-cı illərin əvvəllərindən bu yana böyük sərmayə və sərvət toplayıb.  

Əmlakın satın alınmasına gəlincə, bu, ərimin öhdəliyi idi. Mənim əmlakım, ailə evimizin satın alınması üçün yerinə yetirilən ödənişlərdən, ödənişin mənbəyindən və ya  hər hansı digər detallarından  xəbərim yoxdur".

Qeyd edək ki, hazırda Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevanın həyat yoldaşının Azərbaycana ekstradisiyası ilə bağlı müzakirələr gedir. 

"Dailymail" nəşri eyni zamanda, Cahangir Hacıyevin qızı Leyla və əri Anar Mahmudovun Londondakı evinin fotosunu yayıb:

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.