Ölkə

Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq - "Özünüzü yaxşı aparın" - VİDEO

9 Noyabr 2018 16:29
11 Şərh     Baxış: 5 878

Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.

Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.

Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.

Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: "Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm".

F. Kərimova da "Özünüzü yaxşı aparın. Başa düşmədim, Şəfiqə xanıma niyə deyirsiz, sizə kömək lazımdı? Məni başa salmaq lazım deyil, mən sizi başa saldım" deyərək məsələyə nöqtə qoyub.

Videonu izləmək üçün şəklə klikləyin:
Vida mərasimində Elçin Əfəndiyevlə Flora Kərimova arasında narazılıq

Milli.Az 

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    zizi · 9 Noyabr 16:3994

    Flora yerini bilmedi de.

    Cavab yaz
  • Anonim
    Ida · 9 Noyabr 16:45152

    Iki yasli-basli insana demek lazim,siz yas merasimine gelmisiz,yoxsa meclise suluqluq salmaga?Bezen aciq-askar gorduyun nezketsizliyi ozune hormet olaraq gormezden gelmek lazimdir.Her halda her kes oz qabliyyetini gosterir.

    Cavab yaz
  • Anonim
    Sumqayıtlı qız · 9 Noyabr 16:4863

    Ortada siyasət məslələri də var.

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 17:3183

    Flora xanımı çox istəsəm də,belə dava gəzən vaxtında,imkanım ola,aparıb,"Sən anlat,Karadeniz"serialındakı Vedatla bir otağa salaram-qırsınlar bir-birilərini:)

    Cavab yaz
  • Anonim
    Dopu · 9 Noyabr 18:3752

    Elçin Əfəndiyev fon şəklində gözlərindən qorxdum nece əsəbləşib.Flora xanim bəsdirinnn dəəəə.....Müəmməl səsiniz var sizin səsinizdən yoxdur bunu hər kəs bilir amma bəsdirin dəəə.......

    Cavab yaz
  • Anonim
    Ay · 9 Noyabr 18:5561

    Flora xanım,sizdə mənim kimi hara gedirsiz,dalaşırsız.

    Cavab yaz
  • Anonim
    Şikayetçi · 9 Noyabr 19:0591

    İlhame ölenden Flora dalaşmağa adam axtarır. Sadece ona baş qoşan yoxdur.

    Cavab yaz
  • Anonim
    Xanum · 9 Noyabr 22:3710

    Flora xanım sizə dava lazımdı gedin qarabağa

    Cavab yaz
  • Anonim
    Elxan · 9 Noyabr 23:4010

    Qocalıq psixozu daha ahıl yaşlarda baş beynin atrafiyası nəticəsində əmələ gələn xəstəlikdir. Xəstəliyin əsas səbəblərindən biri genetik faktorla bağlıdır. Xarici amillər isə ancaq təkanverici və ya ağırlaşdırıcı rol daşıyır. Xəstəliyin kliniki gedişatı beynin hansı sahəsinin zədələnməsindən və onun dərəcəsindən asılıdır. Ümumiyyətlə, bütün belə xəstəliklər sonda psixi fəaliyyətin dağılmasına, yəni kəmağıllığa gətirib çıxarır.

    Cavab yaz
  • Anonim
    Mən · 10 Noyabr 05:4401

    Məncə çoxaltdız bu reaksiyanı,yazıçı düz eləməyib Flora xanıma qarşı.Ama yeri deyildi,gərək fikir verməyəydi.

    Cavab yaz
  • Anonim
    Raul · 10 Noyabr 10:5900

    Elçin Müəllimi infarkt vurmasa yaxşıdır. Qadın ürəyini boşaldır. Amma yazıq kişi, kişiliyinə sığışdırıb, heçnə deyə bilmir. Vəssalam.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.