Ölkə

Vətəndaşlara pulsuz tinglər paylanıldı - Yeni yaşıllıqların salınması məqsədilə - FOTO

9 Noyabr 2018 15:26
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq "Hər ailə ağac əksin" devizi altında keçirilən aksiya vətəndaşların fəal iştirakı ilə başa çatıb.

Milli.Az xəbər verir ki, 09 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan ağac əkilməsinin təşviqi kampaniyasında əhaliyə ümumilikdə 6000-ə yaxın müxtəlif cinli ağac tingi  paylanılıb.

Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində keçirilən aksiya zamanı mütəxəssislər tərəfindən vətəndaşlara  ağacların əkilməsi və onlara qulluq göstərilməsi qaydaları izah olunub.

"Hər ailə ağac əksin" devizi altında keçirilən kampaniya 12,17 noyabr 2018-ci il tarixlərində daha kütləvi xarakter alaraq ölkənin digər regionlarında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.