Ölkə

"Çıxış yolunu ayrılmaqda görürəm" - Yeni nişanlanan azərbaycanlı müğənni... - FOTO

9 Noyabr 2018 15:39
33 Şərh     Baxış: 11 887

Zorakılıq, şiddət son zamanlar cəmiyyətimizdə tez-tez şahidi olduğumuz hadisələrdən birinə çevrilib.

Əsasən də günü-gündən artan boşanmaların böyük əksəriyyətinin mərkəzində bu problem dayanır.

Kişi həyat yoldaşını döyə bilərmi? 

Bu sualla səhnəmizin məşhur kişilərindən münasibət öyrənməyə çalışdıq.

Məşhurlardan sorğumuzda ilk iştirak edən Qurd kimi tanınan Fərid Eminov oldu:

Sözünün qüvvəsi varsa, əlbəyaxa ehtiyac yoxdur

"Kişinin həyat yoldaşını döyməsinə normal insan kimi pis baxıram. Kişi həyat yoldaşını döyməz. Allah insana dil verib, dilin əsasında problemi həll etmək olar. İnsan elə hörmət saxlamalıdır ki, sözü keçərli olsun. Əlbəyaxa heç bir şey verməyəcək insana, yalnız qadına yox, kişiyə də. Sözünün qüvvəsi varsa, əlbəyaxa ehtiyac yoxdur. İstənilən halda kişinin qadına əl qaldırması yolverilməzdir".

Yaşar Yusub da Qurdun sözlərini dəstəkləyib:

l qaldırmaq kişiyə yaraşmaz"

"Döymək yaxşı iş deyil axı. Kobudluq lazım deyil. Hər-halda nəsə söz deyə bilər, əsəbiləşə bilər. Amma döymək, əl qaldırmaq kişiyə yaraşmaz. Bu, aradan pərdəni götürən bir şeydir. Təbii ki, hər kəsdə olur mübahisə, dava. Bu hamının həyatında baş verir. Amma çalışaq dava etməyək, çalışaq bir-birimizi dil ilə başa salaq. Təzyiq, əl qaldırmaq insana, kişiyə yaraşan iş deyil".

Sualdan yayınmağa çalışan Talıb Tale mövqeyini gülərək bildirib:

"Həyatda hər şey ola bilər".

Evlilik ərəfəsində olan Əhməd Mustafayevin "Kişi həyat yoldaşını döyə bilərmi?" sualına cavabı geniş olduğu qədər də maraqlı alınıb:

"Çıxış yolunu ayrılmaqda görürəm"

"Kişi həyat yoldaşını döyməli deyil. Kişi ilə qadın arasında hörmət olmalıdır. Əgər bir-birlərini başa düşə bilmirlərsə, aralarındakı problemi danışaraq çözə bilmirlərsə, demək döyməklə çözüləsi bir şey deyil. Onun üçün də, biraz pis səslənəcək, amma bir yerdə davam etməsələr daha məsləhətli olar. Döyməkdir, təzyiq göstərməkdir, xüsusilə də qadına təzyiq göstərmək yaxşı bir şey deyil məncə. İstənilən halda bu mənim üçün belədir. Qadın xeylağına əl qaldırılmalı deyil. Əgər aralarındakı problemi sözlə-danışaraq həll edə bilmirlərsə, çıxış yolunu ayrılmaqda görürəm. İnsana Allah şüur, ağıl verib. Əgər bir-birlərini başa düşə bilmirlərsə, orada döymək-döyülmək - bu şeylər artıqdır. Mən belə düşünürəm, bu mənim şəxsi fikrimdir. İnsanlar var deyirlər ki, "Osmanlı tokatı dəyməlidir ki, qadın gərək həddini bilsin". Əgər kişisənsə, qadını vurmaqdansa öz zəhmini göstər. Qadın əgər başa düşən qadındırsa, kişi əlini bir dəfə stola vursa o bəs edər. Şərt deyil, qadını vursun. Qadına əl qaldırmaq düzgün deyil, xüsusilə, o, sənin həyat yoldaşındırsa". 

Təhməz Təkin
Milli.Az

loading...

Şərh yaz:

33 Şərh:

  • Anonim
    Şikayetçi · 9 Noyabr 15:57130

    Ahmet Sılanı döyen kimi bizimkiler de mövzu tapıb. Kim semimi cavab verecek ki? Ele Ahmetden de çox yox bir 10 gün evvel soruşsaydılar deyerdi hayır kadına şiddet yapılmaz.

    Cavab yaz
  • Anonim
    ❤❤ .. Emma ..❤❤ · 9 Noyabr 15:59155

    GOREN TALIB NIYE YAYINDI MUSAHIBE VERMEKDEN..KISININ QADINA EL QALDIRMASINA NORMAL BAXANIN EQLI CEHETDEN QUSURU VAR)....QADIN INCE VARLIQDI...! QADINA QALXAN ELLER SIKEST OLSUN.....XOSUN GELMIR BOSAN GETSIN..HER BIR INSANIN OZUNE GORE QURURU VAR...BEZI KISICIKLER EL ICINDE QADINLARINI ALCALDIRLAR TEHQIR EDIRLER..ALLAH BELASINI VERSIN ELENCIYLERIN......!!

    Cavab yaz
  • Anonim
    Kuku · 9 Noyabr 16:00111

    Ele sozler varki doysen daha yaxsidi.SOZ VAR QALDIRIR INSANI UCALIGIA SOZ VAR YERE CIRPIR.ALLAH HER KESE UREYI ISTTEYEN INSAN QISMET EDSIN

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 16:13315

    Qadını döyərsənsə,çön bir də onun gözlərinə bax.Orda qalmısansa,nə mutlu sənə.Qalmamısansa,hər şeyə hazır ol.Sevgisizliyi,hörmətsizliyi,ölərsənsə, gözündən axmayacaq göz yaşına belə ,hazır ol.

    Cavab yaz
    • Anonim
      .... · 9 Noyabr 16:18101

      GOZEL WERHDI TEWEKKURLER XANIM

      Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 16:2491

        Oxuduğunuz üçün sizə də təşəkkürlər.☺

        Cavab yaz
        • Anonim
          anar · 9 Noyabr 16:5573

          Əsranur sən də bəziləri kimi saxta layk dislayk proqramını işlədirsən. Nə olsun, kimi aldadırsan gicləri?

          Cavab yaz
          • Anonim
            Əsranur · 9 Noyabr 17:0543

            Bunu,özünə təsəlli kimi qəbul edirəm.Elə bir proqramı tapsam,demişəm,likelarımı 100 ə çatdıracam.Sən qızarmış svetaforuna yağ çək,yanğısını alsın.

            Cavab yaz
          • Anonim
            Anara · 9 Noyabr 17:2571

            Qaqa bu hələ harasıdı, bizim Əsranur Əttökənskaya özünə başqa başqa niklərnən təriflər yağdırmağı da bilir ;)

            Cavab yaz
            • Anonim
              Gulumserov · 9 Noyabr 17:3640

              eceb qeseydi. lap ettokendi ))))))))))))

            • Anonim
              Əsranur · 9 Noyabr 17:4200

              Like proqramənı yükləyənin də atasına lənət,yalan danışanın da.

  • Anonim
    SEVİL❤ · 9 Noyabr 16:4262

    Romantik yazan Əsrama təşəkkür..gözəl ifadə etmisən,ürəyim..Mən Corc Buske adlı bir yazarın dediyi səfeh sözləri yazıram-- Bəli,qadını döymək lazımdır,, lakin bunun da üsulları var.Əgər qadın arıqdırsa,cubuqla ,bir qədər bədənli ,normal ölçüdürsə yumruqla döymək lazımdıŕ..Əndamlı kök qadınlarl açılmış əllə vurmaq düzgündür.. Mən bunu oxuyanda "kül başına səni qadınlar tərəfindən çırpılasan" öz özumə deyərək nifrətimi bildirmişdim..

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 16:4951

      :))))Sən canın,çaşıb Buskenin sözlərini qardaşuva göndərəsən.Yumruqluq halım yoxdur:))))

      Cavab yaz
  • Anonim
    ........ · 9 Noyabr 16:4543

    Qeyri-səmimi sözlərdir. Hər kəs yaşayır və yaxşı bilir ki, istər qadın istər kişi olsun insanların çoxuna hörmətli mədəniyyətli yanaşırsan, qudururlar, hələ ailədə qadına üz versən minər kişini qadınlar inkar etsə də çoxlarında bu faktdır çünki çoxları yaxşı insan deyil nəfsləri qudurdub, Allah tanımırlar nəinki qalsın əri. Elə hər söhbət olan kimi də qadını uşaqları ilə evdən qovub, boşamaq da düzgün deyil. Şeytanı düşmənləri sevindirmiş olarsan. Uşaqlarda yazıqdır. Bu da danılmaz faktdır ki, çoxları sərtlikdən, kötəkdən çəkinib özlərini yığışdırarlar. Vallah qadın kişiyə qarşı çaşırsa, qudurursa, dərsi verilməlidir

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 16:5681

      Əvvəllər,kişilər kişilik edirdilər,qadından da xanımlıq tələb edərdilər.İndi,kişilərin çoxu,bir üzü qız-bir üzü gəlin kimi evdə oturub,qadınlardan qadınlıq tələb edirlər.Döyməyi də əlavə etsələr,həbsxanalar ər qatilləriylə dolacaq.

      Cavab yaz
      • Anonim
        ......... · 9 Noyabr 20:1141

        Söhbət kişidən getdi, evdə oturandan kişi çıxmaz. Kişi səhər durar çörək dalınca gedər

        Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 21:0962

          Əsl kişidən gedirsə,əsl kişinin arvadı "qudurmaz",həm də ,əsl kişi qadına əl qaldırmaz.Paylaşımızda çoxlu paradoks var.Bir dediyinizlə,digəri tutmur.

          Cavab yaz
          • Anonim
            ........ · 9 Noyabr 22:0041

            Elə danışırsız ki, guya hər hörmət elədiyiniz insan hörməti itirməyib, hər zaman sadiq qalıb. Quduran insan baxmaz qarşısandakı kişidir yoxsa, arvad qudurqan elə qudurqandır, məcazi mənada işlətsək, itin ağzını necə bağlayırsan ki, qapmasın onu da elə etməlisən. Yəni ip kişinin əlində olmalıdır. Dediyimdə uyğunsuzluq yoxdur söhbəti parodoksa fırlatmayın

            Cavab yaz
            • Anonim
              Noqtelere · 9 Noyabr 23:2752

              Belke ele kishi ozu quduzlashdigindan qadini da qudurmush hesab edir . Ola bilmezmi ? Deyek ki, qudurgan qadinin ipini yigirsan, bes quduzlashan kishiye qarshi hansi peyvendlerden istifade olunur. Bilirsinizmi ?

            • Anonim
              Əsranur · 10 Noyabr 00:0100

              Nə isə...Bildiyində qal...Yaxşılığıma pisliklə də cavab verəni vurmamışam,vurmaram da.

    • Anonim
      Seyyid · 9 Noyabr 17:3973

      Kisiye qarsi casan qadin doyulmelidirse, qadina qarsi casan kisinin de derisi bogazindan cixarilmalidir.

      Cavab yaz
      • Anonim
        ......... · 9 Noyabr 20:1030

        Qadına boş yerə çaşmazlar, səbəbi olar. Səbəb isə kişiyə qarşı üstəlik gəlməkdir.

        Cavab yaz
    • Anonim
      16 : 45 - ə · 9 Noyabr 19:0342

      Qadın it deyil qudura. Onsuz da qadınlar başa düşülmək üçün deyil, sevilmək üçündü.

      Cavab yaz
      • Anonim
        ......... · 9 Noyabr 20:1541

        Qadın it deyil, amma quduran da qadın deyil itdir. Başa düşəni sevərlər, ona görə də başa düşülən qadın sevilər.

        Cavab yaz
  • Anonim
    İ&i · 9 Noyabr 17:2153

    16:45yazan şərhci yazmısızki qadına hörmət qoyanda qudurur əsl özünə hörmət qoyan qadın heç vaxt qudurmur.Əsas olan odu ki kişi evdə hökmünü yeridə bilsin.8ildi evliyəm hələ 1dəfə də olsun yoldaşım mənə əl qaldırmıyıb çünki ona şərait yaratmamışam.Çünki 1sözü mənə kifayət edib.

    Cavab yaz
    • Anonim
      ......... · 9 Noyabr 20:0831

      Yeridə bilsin dedikdə, əgər qadın ərini sevib ona hörmət qoyarsa, təbii ki, onun sözünə də əməl edər. Sözünə əməl etmirsə, demək ki, hörməti də yoxdur. Kişini razı salan qadını heç kim döyməz, döyərsə, dəlidir, normal insan deyil. Normal olmayanın yeri isə, ailə deyil, dəlixanada müalicədir

      Cavab yaz
      • Anonim
        (×) · 9 Noyabr 21:0830

        Sözüne emel etdikde nedir??.Niye kişiler hemişe düz danişir ki?.Sadece qadin siyasetcil olmalidir,en sonda deyilecek sözü,evvelde dememelidir.Yoxsa derine getdikde,heç de kişiler hemişe düz danişmir.Eger kişiler qadinlari,xoşbext edecek,sevindirecek,üzünü güldürecek fikirler,deyerlerse,inanmiram ki,dünya da hansisa qadin o zaman kişinin sözüne qarşi çixsin.Hem her şey qarşiliqli olmalidir ,sevgi de,hörmet de,mehebbetde..Bir terefli olduqda,ya da heç olmadiqda,o zaman gücü zerif mexluqa çatan kişi yox,kişicikler güclerine el atirlar.Ancaq söhbet normal insanlardan gedir.Içkiden,narkotikden uzaq kisilerden ve bezi üzden iraq qadinlardan deyil..Istisnalar olmaq şerti ile..

        Cavab yaz
        • Anonim
          ........ · 9 Noyabr 22:0340

          Hər kəs öz prizmasından özünə tərəf danışır. Amma hər kəsin öz vəzifəsi öhdəliyi var, bunlara əməl olunsa, ailələrdə dağılmaz heç kim də nə söyülər nə də döyülər.

          Cavab yaz
          • Anonim
            22.03 e · 9 Noyabr 23:3400

            Noqte xanim siz kecen defe Esradan usaginizla bagli meslehet alan qayinanasindan,baldizindan sikayet eden xanimsiz?

            Cavab yaz
            • Anonim
              ......... · 10 Noyabr 07:4200

              Xeyir

  • Anonim
    Heee · 9 Noyabr 17:4623

    Meni de erim vurub.Qaynanamin sayesinde.

    Cavab yaz
  • Anonim
    Hmmm · 9 Noyabr 20:1630

    Talib Talenin uzune baxanda ele bilinir ki, arvad doyen kisi tipine aiddi

    Cavab yaz
  • Anonim
    s · 9 Noyabr 22:0110

    kiwilar qalb sindirmayin. Marddi deya deya namard elamiyin.Sabirli olun.Na butun kiwilar na da butun qadinlar aqqili deyil.Bir evda kiwi bir evda qadin aqqillidir.Aqilli insanlar idaracilik elamalidir.Wuurlu varliqa widdat gestarilmaz.O ailada widdat varsa .o ailada ar arvad yoxdur.O ailada ata var ana var.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.