Ölkə

Azərbaycan şirkəti BƏƏ-də balıq formasında nəhəng bina tikə bilər

9 Noyabr 2018 10:51
1 Şərh     Baxış: 1 388

Azərbaycanın "Karvan-L" şirkətlər qrupu Birləşmiş Ərəb Əmirliklərinin əl-Füceyrə əmirliyində möhtəşəm "Fish Centre" layihəsi reallaşdırmaq niyyətindədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətlər qrupunun prezidenti Əbülfəz Qarayev deyib.

Onun sözlərinə görə, söhbət əmirliyin paytaxtında balıq formasında nəhəng binanın tikintisindən gedir: "Binanın nəzərdə tutulan uzunluğu 100, eni və hündürlüyü isə 20 metr olacaq. 3 mərtəbəli tikilidə balıq restoranları, mağazaları və digərləri olacaq. Bina bilavasitə körfəzdə inşa olunacaq".

Ə.Qarayev bildirib ki, layihənin həyata keçirilməsinin təfərrüatlarını müzakirə etmək üçün ötən həftə Bakıya əmirliyin bələdiyyə sədri Məhəmməd Saif Al Əfkam gəlmişdi. Tərəflər ilkin razılığa gəlməyə müvəffəq olublar:

"Danışıqlar uğurla keçdi və ərəb tərəfi ciddi şəkildə layihəmizlə maraqlandı. Biz belə bir fikrə gəldik ki, həmin bina əmirliyin paytaxtının yeni rəmzi ola bilər. Qeyd etmək istərdim ki, layihənin uğurla icrası həm bizim şirkətlər qrupunun, həm də ümumilikdə Azərbaycanın xaricdə təbliğinə kömək edəcək".

"Karvan-L"in rəhbəri vurğulayıb ki, şirkətlər qrupu həmin layihəni digər ölkələrdə də həyata keçirməyi planlaşdırır: "Hazırda Səudiyyə Ərəbistanı, ABŞ, Qazaxıstan, Belarus və Nigeriyadan olan maraqlı tərəflərlə danışıqlar aparılır".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ZM · 9 Noyabr 11:1430

    Birinci ni Bakıda tikib sonra dünyaya çıxsaqolmaz?????

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.