Ölkə

Azərbaycana gətirilən 10 ton kividə zərərli orqanizmlər aşkar edildi

8 Noyabr 2018 17:36
0 Şərh     Baxış: 1 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana idxal edilən 10,4 ton kividə zərərli orqanizmlər aşkar olunub.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, İran İslam Respublikasından noyabrın 5-də fitosanitar sertifikatla ölkəyə, "Güllü-80" MMC-nin ünvanına göndərilməsi nəzərdə tutulan 10,4 ton kivi məhsuluna qurumun mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı keçirilərkən həmin məhsulun zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub və məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.

Məhsuldan götürülmüş nümunələrdə karantin tətbiq edilən zərərli orqanizmlərdən Tut qalxanlı yastıcası - (Pseudolaspis pentagona) aşkar edilib. "Fitosanitar nəzarəti haqqında" qanunun 13-cü maddəsinə uyğun olaraq, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir.

Qeyd edək ki, tut qalxanlı yastıcası kivi ilə yanaşı, bir sıra dekorativ və meyvə bitkilərinə, o cümlədən tut, şaftalı, ərik, gilas, qoz, badam, alma, armud və digər ağaclara ziyan vura bilir. Zərərverici əkin və calaq materialları, meyvələr, yarpaqlar, qablaşdırılmış materiallar, nəqliyyat vasitələri, bir yerdən başqa yerə daşınan odun, çör-çöp ilə, heyvanlarla, küləklə, suvarma kanalları və digər vasitələrlə yayıla bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.