Ölkə

İlin sonunda metronun iki yeni stansiyası istismara verilə bilər

8 Noyabr 2018 16:08
2 Şərh     Baxış: 8 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

Ə.Osmanovun sözlərinə görə, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verib: "Qısa müddətdə "Bakımetrolayihə" institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttin digər stansiyalarının tikintisində işlər lazımı səviyyədə aparılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.